SİYASƏT


İstanbulda Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə İstanbulda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Diaspor Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə 44 günlük Vətən müharibəsi zamanı yaralanan və Türkiyədə müalicə olunan qazilər, eləcə də Türkiyədə təhsil alan Azərbaycan Silahlı Qüvvələrinin zabitləri və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Koordinasiya şuralarının və Azərbaycan evlərinin nümayəndələri iştirak ediblər.