SİYASƏT


Stefan Şennak: Ermənistan mina xəritələrini verməlidir, Ağdama gedib vəziyyəti öz gözlərimlə də görmək istəyirəm

Avropa Şurası Katibliyinə müraciət edəcəyəm. Əgər razılıq olarsa və Azərbaycan tərəfi də buna etiraz etməzsə, vəziyyəti öz gözlərimlə görmək üçün azad edilmiş ərazilərə, Ağdama getmək istəyirəm.İlk dəfədir ki, ölkəniz üzrə həmməruzəçi belə bir bəyanata öz imzasını qoyur. Səbəb çox sadədir. Münaqişənin başa çatması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli Bəyanat imzalanıb. Bu Bəyanatda iki çox mühüm bənd var. Birincisi, Ermənistan mina xəritələrini təhvil verməlidir, Azərbaycan isə düşmənin əsgərlərini geri qaytarmalıdır.Bu fikirləri AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak AZƏRTAC-a müsahibəsində deyib.