SİYASƏT


Naxçıvan Qarnizonu Hərbi Orkestrinin ifasında marşlar və hərbi mahnılar səsləndirilib

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Naxçıvan Qarnizonu Hərbi Orkestrinin və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblının konserti olub.Konsert proqramında əvvəlcə Naxçıvan Qarnizonu Hərbi Orkestri ifa etdiyi təntənəli marşın sədaları altında nizami addımlarla Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısına yürüş edib. Heydər Əliyev Muzeyinin önündə hərbi orkestrin ifasında marşlar və hərbi mahnılar səsləndirilib.