İQTİSADİYYAT


“EUROPA 2021” müsabiqəsində ölkəmizi təmsil edən poçt markası dövriyyəyə buraxıldı

Poçt rabitəsi sahəsində Avropa Ticarət Assosiasiyası (PostEurop) “Məhv olmaq təhlükəsi ilə üzləşmiş yerli vəhşi təbiət” mövzusunda “EUROPA 2021” poçt markalarının buraxılışına qərar verib.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bu mövzuda Zəngəzur Milli Parkında yaşayan nadir növ Qafqaz bəbiri (Panthera Pardus Ciscaucasica), Muflon (Ovis Orientalis) və Cənubi Qafqaz kərtənkələciyinə (Eremias Pleskei) həsr edilmiş poçt markaları dövriyyəyə buraxılıb.Belarus Respublikasının Bobruysk şəhərində 350 min tirajla çap olunan markaların müəllifi “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubovdur.