CƏMİYYƏT


72 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb, 11 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar həyata keçirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş İdarənin əməkdaşlarının Qaradağ rayonunda keçirdikləri əməliyyat zamanı Bərdə şəhər sakini əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün dəfələrlə məhkum olunmuş Ramal Hüseynov saxlanılıb. Onun üzərindən və idarə etdiyi avtomobilindən 18 kiloqram 582 qram heroin, 1 kiloqram 630 qram psixotrop maddə metamfetamin və narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi bir ədəd plastik kart aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Ramal Hüseynovun yaşadığı Bərdə şəhərində yerləşən evindən isə əlavə 9 kiloqramdan artıq heroin aşkar olunub.