Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda 32° isti olacaq

29.06.2021 [15:09]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25°, gündüz 29-34° isti, Bakıda gecə 22-24°, gündüz 30-32° isti olacaq.