Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla on nəfər xilas edilib

29.06.2021 [15:33]

Xəbərin mətni

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 115 halda yanğına çıxış, 9 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.