CƏMİYYƏT


Sabah Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq.