İQTİSADİYYAT


Biləsuvarda ilk dəfə geniş sahədə sarımsaq əkilib, bol məhsul yetişib

Biləsuvarda rayonun kənd təsərrüfatı üçün ənənəvi olmayan sarımsaq bitkisinin becərilməsinə başlanılıb. 21 hektarda əkilən sarımsaq sahəsindən bir neçə gündür ki, məhsul yığılır.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə aqrar sahəyə göstərilən dövlət dəstəyi Biləsuvar rayonunda da qeyri-ənənəvi əkin sahələrinin dirçəlməsi və inkişafı üçün geniş imkanlar yaradıb. Ötən il 14 hektarda nümunə üçün əkilən sarımsaq bitkisinin sahəsi bu il iki dəfəyədək artırılıb. Mütəxəssislərin sözlərinə görə, sarımsaq nəinki tərəvəz məhsulu kimi, həm də təbii dərman şəklində çox qiymətli bitkidir.