İDMAN


Yaponiyanın “sports.nhk” telekanalı azərbaycanlı idmançılara dəstək tədbirlərinə hazırlıqlar barədə süjet yayımlayıb

Yaponiyanın “sports.nhk” telekanalı “Tokio-2020” Yay Olimpiya Oyunlarına qatılacaq azərbaycanlı idmançılara İşikava prefekturasının Şika şəhərində dəstək tədbirlərinə hazırlıqlarla bağlı süjet yayımlayıb.
AZƏRTAC xəbər verir ki, süjetdə Şika şəhəri ilə Azərbaycan arasında idman sahəsində əməkdaşlıq haqqında ətraflı məlumat verilir. Bildirilir ki, Yaponiyanın bu şəhərində azərbaycanlı güləşçiləri xüsusən yaxşı tanıyırlar. 2019-cu ildə həmin şəhərə səfər edən azərbaycanlı güləşçilərin burada özlərinə çoxsaylı azarkeşlər qazandığı, yerli idmançılarla dostluq əlaqələri qurduğu qeyd edilir.