İQTİSADİYYAT


Heyvandarlığın yem bazasının gücləndirilməsi qarşıya əsas vəzifə kimi qoyulub

Beyləqanda xaşa bitkisi və yoncanın bir neçə növü sınaq mərhələsindən uğurlu çıxıb, iqlimə uyğun sortlar müəyyən edilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqanda 11 sort yonca toxumu və xaşa bitkisi sınaqdan keçirilib. Əsas məqsəd regionun iqlim şəraitinə uyğun toxumların seçilməsidir.Xaşa bitkisi qeyri-ənənəvi bitki olduğu üçün əkini az aparılır. Lakin tərkibinə görə yoncadan üstün sayılır. Bitkinin gələcəkdə yem bazası kimi istifadə edilməsi planlaşdırılır.