SİYASƏT


Naxçıvan Qarnizonu Qoşunlarında “Ehtiyat zabit hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib

Naxçıvan Qarnizonu Qoşunlarında Vətən müharibəsinin iştirakçısı olmuş bir qrup hərbi qulluqçunun da cəlb edildiyi ehtiyat zabit hazırlığı kursunu başa vuran məzunlara ilkin zabit rütbələri təqdim edilib. Kursları uğurla bitirənlərin xidmət yerlərinə yola salınmaları münasibətilə buraxılış mərasimi keçirilib.
Mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.