İQTİSADİYYAT


Xaçmazda fermerlər yeni taxıl sortları haqqında məlumatlandırılıb

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən yaradılan yeni taxıl sortlarının nümayiş əkinlərində əldə edilən nəticələr yerli fermerlərlə birgə qiymətləndirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz rayonunun Hacılar kəndində taxılın 14 yeni növünün sınaq əkini həyata keçirilib.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev fermerlərə innovativ becərmə txnologiyaları və institutda yaradılan yeni taxıl sortları barədə ətraflı məlumat verib.