Sabah 35 dərəcəyədək isti olacaq
06.07.2021 [13:59]
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 31-35, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacaq.