Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah Bakıda 34, rayonlarda 36 dərəcəyədək isti olacaq

08.07.2021 [14:08]

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 30-34, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq.