Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Olimpiya Oyunlarının məşəli Tokioya gətirilib

09.07.2021 [17:50]

Xəbərin mətni

İyulun 9-da Olimpiya məşəli estafeti Tokioda start götürüb.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın artıq 46 prefekturasında olan məşəl sonuncu - paytaxt prefekturasına gətirilib.
Bu münasibətlə Tokionun Komazava parkında təntənəli mərasim təşkil edilib. Mərasimi Tokionun qubernatoru Yuriko Koike açıb. Xanım qubernator Olimpiya Oyunlarının məşəlinin Yaponiya paytaxtına gətirilməsi ilə əlaqədar raportu qəbul edib.