Sabah Bakıda 36° isti olacaq
12.07.2021 [14:38]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-26°, gündüz 32-36° isti, Bakıda gecə 24-26°, gündüz 34-36° isti olacaq.