İQTİSADİYYAT


İsmayıllıda qədim tarixə malik kəndlərə aparan yollar yenidən qurulur

Dövlət başçısının Sərəncamına əsasən, İsmayıllı rayonunda 4 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən və respublika əhəmiyyətli Muğanlı–İsmayıllı yolunun 17-ci kilometrindən başlanğıcını götürən Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirlib ki, ümumi uzunluğu 25 kilometr olan yeni yol 4 istiqamət üzrə inşa edilir. Bu, Qıçatan kəndi, Tağlabiyan-Kəlfərəc, Zeyvə–Kürdüvan–Xankəndi–Mücü və Sərsurə–Kələzeyvə–Sulut kəndləri istiqamətləridir.