CƏMİYYƏT


“Təmiz Şəhər” Şuşada

Azərbaycan Respublikası Prezidenti tərəfindən iyunun 22-də imzalanan Sərəncamla işğaldan azad edilən Şuşa şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi “Təmiz Şəhər” ASC-yə həvalə olunub.ASC-dən AZƏRTAC-a bildirilib ki, müvafiq Sərəncamla Şuşa şəhərində ətraf mühitə mənfi təsirlərin azaldılması, bərk məişət tullantılarının müasir ekoloji və texnoloji idarəetmə sisteminin yaradılması istiqamətində işlərə başlanılıb. İlkin mərhələdə şəhər ərazisinə xüsusi texnikalar, işçi qüvvəsi cəlb olunaraq küçələrdə və müxtəlif təyinatlı binalarda təmizlik işləri həyata keçirilib. Tullantıların daşınması üçün 200 ədəd xüsusi konteyner tullantı meydançalarına yerləşdirilib. İşğal altında olduğu zaman dağıdılan və bərk məişət tullantıları ilə çirkləndirilən tarixi binalar “Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən təmizlənib və bu işlər hazırda da davam etdirilir.