İQTİSADİYYAT


ABŞ-ın məşhur brendi SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində fəaliyyətə başlayıb

Ukraynada paytaxt Kiyevdə bu gün “SOCAR Energy Ukraine” şirkətinin yanacaqdoldurma məntəqələrindən birində Amerika Birləşmiş Ştatlarının (ABŞ) dünyaca məşhur “Nathans famous” mətbəx brendinin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə “SOCAR Energy Ukraine” şirkətinin rəhbəri Elçin Məmmədov, Azərbaycanın Ukraynada səfiri Elmira Axundova, ABŞ Dövlət katibinin köməkçisinin müavini Georgi Kent, ABŞ-Ukrayna Ticarət Palatasının prezidenti Endi Hunder, “Nathans famous”un vitse prezidenti Ceyms Volker və digər qonaqlar iştirak ediblər.