CƏMİYYƏT


Nəsimi rayonunda çay evindən oğurluq edən şəxs mühafizə polisləri tərəfindən saxlanılıb

Paytaxtın Nəsimi rayonunda çay evlərindən birindən oğurluq edilməsinin qarşısı mühafizə polisləri tərəfindən alınıb. Belə ki, rayon ərazisində yerləşən xüsusi texniki vasitələrlə qorunan obyektdən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər obyektə baxış keçirən zaman bir nəfərin çay evinin elektrik naqillərini kəsərək oğurlayıb qaçmasının şahidi olublar. Polislərin çevikliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini Namiq Məlikov saxlanılaraq ərazi üzrə 19-cu Polis Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.