CƏMİYYƏT


Qubadlıda silah-sursat aşkar edilib

İyulun 16-da Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 14 ədəd müxtəlif növ qumbara və alışqanları, 41 ədəd qumbaraatan mərmisi, 1 avtomat, 3 avtomat darağı və müxtəlif çaplı 4313 patron aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.