Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fövqəladə Hallar Nazirliyi “Alov qüllələri” kompleksində yanğın-taktiki təlim keçirib

17.07.2021 [18:28]

Xəbərin mətni

İyulun 17-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən “Alov qüllələri” kompleksində yanğın-taktiki təlim keçirib.FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin keçirilməsində məqsəd şəxsi heyətin çoxmərtəbəli binalarında baş verə biləcək yanğınlarla mübarizə vərdişlərinin daha da təkmilləşdirilməsi olub.