Sabah Bakıda 37° isti olacaq
18.07.2021 [13:55]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26°, gündüz 33-38° isti, Bakıda gecə 24-25°, gündüz 35-37° isti olacaq.