İDMAN


“Arzu Kuboku” uğrunda mübarizə başa çatdı

İyulun 16–17-də “Sərhədçi Atçılıq Mərkəzi”-nin açıq manejində “Arzu Kuboku” uğrunda konkur yarışları keçirilib.“E”, “L” və “M**” kateqoriyaları üzrə təşkil olunan turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak edib.İlk yarış 16 may tarixində saat 12:00-dan etibarən başlamışdır. “E” kateqoriyası üzrə 80 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər. 12 idmançının iştirak etdiyi mübarizədə “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”-nin idmançısı, Rəna Axundova “Tibet” ləqəbli atla 1-ci, “Murad Atçılıq klubu”-nun idmançısı Sona Məmmədova “Elano-C” ləqəbli atla 2-ci yerin sahibi olub. “Omar Atçılıq klubu”-nun idmançısı Nurlan Rüstəmov “Lothar 41” ləqəbli atla 3-cü, “Elit Atçılıq Klubu”nun idmançısı Ramil İbrahimov “Alart S” ləqəbli atla 4-cü yerin sahibi olub.5-ci yerdə “Gilan Atçılıq Klubu” nun idmançısı Rahib İsmayilov “Alex” ləqəbli atla qərarlaşıb.