CƏMİYYƏT


Xaçmazda reyd zamanı qayda pozan sürücülər cərimələnib

Xaçmazda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd zamanı qayda pozan sürücülər barəsində inzibati cəza tədbirləri görülüb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, reyd Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti (YPX) alayının II taqımının əməkdaşları tərəfindən Gəndov-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində təşkil olunub. Bu yol ölkəmizin əsas turizm zonalarından sayılan Nabran istiqamətində yerləşdiyindən bayram günləri və yay aylarında hərəkətin intensivliyi xeyli artır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır