Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şirvan şəhərində şəhid Nicat Hüseynovun anım mərasimi keçirilib

20.07.2021 [15:37]

Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Şirvan şəhərində Vətən müharibəsi şəhidi əsgər Nicat Hüseynovun xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz!” adlı tədbir keçirilib. Əvvəlcə Şəhidlər xiyabanında şəhidlərimizin məzarları ziyarət olunub, onların ruhlarına dualar oxunub. Sonra tədbir “Gənclər Evi”ndə davam edib.
Mərasimdə Şirvan şəhərindən olan şəhidlərin ailə üzvləri, qazilər və döyüş iştirakçıları, həmçinin Müdafiə Nazirliyinin, icra hakimiyyətinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI