İDMAN


Fərid Mansurov: Olimpiya Oyunlarının təxirə salınması ilə bağlı nümayəndə heyətimizə rəsmi şəkildə heç bir məlumat verilməyib

“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının ləğv olunması Olimpiadanın təşkilat komitəsinin qəbul edəcəyi qərardır. Yoluxma sayı artarsa Təşkilat Komitəsinin belə bir qərar qəbul etmək hüququ var. Amma Oyunların təxirə salınması ilə bağlı nümayəndə heyətimizə rəsmi şəkildə heç bir məlumat verilməyib.AZƏRTAC xəbər verir ki, bunu Tokioda olan Azərbaycan milli komandasının şef-de-missionu Fərid Mansurov jurnalistlərə açıqlamasında deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır