Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Məşğulluq marafonu”na qoşulub

23.07.2021 [12:59]

Xəbərin mətni

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılmış “Məşğulluq marafonu”na Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) də qoşulub.Nazirlikdən AZƏRTAC-a bildirilib ki, NRYTN-nin tabeliyindəki qurumlarda dövlət qulluğu vəzifəsi hesab edilməyən 25 vəzifə üzrə 196 vakansiya elan edilib və bu prosesin davam etdirilməsi nəzərdə tutulur.