İQTİSADİYYAT


Bakıxanov qəsəbəsi Bəşir Bünyadov küçəsi təmir edilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, Sabunçu rayonu üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 9 km təşkil edən qəsəbədaxili küçə və yollarda təmir-tikinti işləri aparır.
Rayonun Ramana qəsəbəsində uzunluğu 700, eni isə 9 metr təşkil edən Mərkəzi küçəsində aparılan təmir-tikinti işləri yekunlaşıb.
Hazırda Bakıxanov qəsəbəsində 3,1 km uzunluğa malik Bəşir Bünyadov küçəsinin təmiri davam etdirilir. Küçənin eni ortalama 14 metr təşkil edir.