Bakıda 31° isti olacaq
26.07.2021 [14:01]
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-25° isti, gündüz 28-31° isti, Bakıda gecə 23-25° isti, gündüz 29-31° isti olacaq.