İQTİSADİYYAT


Şirvanda kənd təsərrüfatı təyinatlı texnikaların güzəştli şərtlərlə yarmarkası keçirilib

Səpin mövsümü ilə əlaqədar “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti (ASC) Şirvan Təchizat Bazasında “Açıq qapı sərgi-satış yarmarkası” keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yarmarkada fermerlər 1000-dən artıq texnika ilə tanış ola, onları sınaqdan keçirmək və sərfəli qiymətlərlə almaq fürsəti əldə edib. Yarmarkaya çıxarılan texnikaların satışı operativ şəkildə mərkəzi ofisə gəlmədən 40 faiz güzəştlə lizinq və nağd yolla təşkil edilib.