Tokio Olimpiadasında çıxış edəcək güləşçilərimiz Yaponiyaya yollanıb
27.07.2021 [18:49]
Xəbərin mətni
Tokio Olimpiadasında Azərbaycanı təmsil edəcək güləşçilərimiz iyulun 27-də Yaponiyaya yollanıblar.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, prosedura uyğun olaraq, Tokioya yollanacaq heyət iyulun 25-26-da COVID-19 testindən keçib. İyulun 27-də isə komandalarımız Yaponiyaya yollanıblar.