Bursada keçirilən konsertdə Qarabağ zəfəri tərənnüm edilib
27.07.2021 [19:03]
Xəbərin mətni
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin Bursa şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində bədii proqram təqdim edilib.AZƏRTAC xəbər verir ki, Bursa Uludağ Universitetində (BUU) reallaşan konsertdə Qarabağ zəfərinə, Azərbaycana, Vətənimizin gözəlliyinə, eləcə də Azərbaycan-Türkiyə qardaşlığına, türk dünyasının birliyinə həsr olunan ifalar alqışlarla qarşılanıb.