Sərbəst güləş üzrə gənclərdən ibarət milli komandamız dünya çempionatına hazırlaşır
28.07.2021 [13:51]
Xəbərin mətni
Sərbəst güləş üzrə gənclərdən ibarət milli komandamız avqustun 16-dan 22-dək Rusiya Federasiyasının Ufa şəhərində təşkil olunacaq dünya çempionatına Xaçmaz Olimpiya İdman Kompleksində hazırlaşır. Komandaya 22 gənc güləşçi cəlb olunub. Sərbəst güləşçilər böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında intensiv şəkildə məşqləri davam etdirir.