İQTİSADİYYAT


Lənkəranlı alimlər iki yeni sitrus bitkisi üzərində elmi-tədqiqat aparırlar

AMEA Lənkəran Regional Elmi Mərkəzində çay və sitrus bitkiləri üzərində də elmi-tədqiqat işləri davam etdirilir. Son illər bu sahədə bir sıra uğurlara imza atan mərkəz ənənəvi sitrus sortları ilə yanaşı, region üçün yeni olan sitrus meyvələrinin də yerli mühitə uyğunlaşdırılması və daha məhsuldar sitrus sortlarının yaradılması ilə bağlı tədqiqat işləri aparır. Bu yaxınlarda daha 2 yeni sitrus bitkisi üzərində elmi-tədqiqat işlərinə başlanıb.