İQTİSADİYYAT


Ağstafa rayonu Böyük Kəsik-Ağgöl avtomobil yolu yenidən qurulur

Dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, cari ildə inşası və əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə Ağstafa rayonunda 5 km uzunluğa malik yerli əhəmiyyətli Böyük Kəsik-Ağgöl avtomobil yolunun yenidən qurulması artıq yekunlaşmaq üzrədir.
4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan sözügedən yol 2 mindən çox əhalinin yaşadığı 2 yaşayış məntəqəsinin rahat gediş-gəlişini təmin edəcək. Yolun layihə üzrə hərəkət hissəsi 6, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edir.