Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan güləşçiləri Tokioda məşqlərə başlayıblar

30.07.2021 [18:31]

Xəbərin mətni

Avqustun 1-də Tokio Olimpiadasında güləş yarışlarına start veriləcək. İyunun 28-dən Tokiodakı Atletlər Kəndində məskunlaşan hər 3 güləş növü üzrə millilərimiz həmin məkanda güləş üçün ayrılmış zalda məşqlərə başlayıblar.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, iyulun 30-da Bakı vaxtı ilə saat 16:00-da Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək 7 güləşçi məşqçilərin nəzarəti altında hazırlıq prosesinə start verib.