Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Alfonso Dominges: Rəqibim Olimpiya çempionu olsa da, rinqə qələbə üçün çıxacağam

30.07.2021 [18:48]

Xəbərin mətni

Olimpiadaya ciddi hazırlaşmışam. Hər gün məşq edirdim. Özüm üçün medalı təmin etdiyim üçün çox sevinirəm. Artıq iki medalımız var. Birini mən qazanmışam. Azərbaycanı çox sevirəm. Özümü çox yaxşı hiss edirəm.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan boksçusu Alfonso Dominges (81 kq) “Tokio-2020” Yay Olimpiya Oyunlarında yarımfinala vəsiqə qazandığı qarşılaşmadan sonra verdiyi müsahibədə deyib.