İQTİSADİYYAT


Şamaxının yol infrastrukturu müasir səviyyədə yenidən qurulur

Dövlət başçısının Sərəncamına əsasən, Şamaxı şəhərində yol infrastrukturunun müasir səviyyəyə çatdırılaraq vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində genişmiqyaslı təmir-tikinti işləri aparılır.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sərəncama əsasən, Şamaxı şəhərində ümumi uzunluğu 96,5 kilometr, sahəsi 621 min 615 kvadratmetr olan 126 adda prospekt və küçələrin təmir işlərinin aparılması nəzərdə tutulur. Artıq bu çərçivədə ümumi uzunluğu 12,3 kilometr olan 20 adda prospekt və küçədə agentlik tərəfindən aparılan təmir-tikinti işləri başa çatmaq üzrədir.