Azərbaycan Dövlət İnformasiya Agentliyi

ƏDV inzibatçılığının təkmilləşdirilməsi və şəffaflığın daha da artırılması ilə bağlı tədbirlər davam etdirilir

04.08.2021 [12:05]

Xəbərin mətni

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə başlama, vergi və hesabatlılıq” işçi qrupunun 2021-ci ilin Fəaliyyət Planı üzrə tədbirləri davam etdirir.
Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, bu istiqamətdə ƏDV sahəsində inzibatçılığın təkmilləşdirilməsi və şəffaflığın daha da artırılması ilə bağlı tədbirlər həyata keçirilir.