İQTİSADİYYAT


M2 magistralının 130 kilometrlik hissəsinin genişləndirilməsi işləri gələn il yekunlaşacaq

Qədim İpək yolu üzərində yerləşən respublikamızda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yaradılan müasir yol infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların bu sahədə imkanları artır. Prezident İlham Əliyev beynəlxalq miqyaslı “Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna daha 2 hərəkət zolağı əlavə edilməklə I texniki dərəcəyə uyğun təkmilləşdirilməsi layihəsini daim diqqət mərkəzində saxlayır. Belə ki, həmin avtomobil yolu beynəlxalq avtomobil yükdaşımaları dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır.