Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah 39 dərəcəyədək isti olacaq

04.08.2021 [13:38]

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 24-27° isti, gündüz 36-39°, bəzi yerlərdə 40° isti, Bakıda gecə 24-26° isti, gündüz 37-39° isti olacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI