İQTİSADİYYAT


Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması bölgənin parlaq gələcəyinin təminatçısıdır

Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycanın 14 iqtisadi rayonundan biridir və Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarını əhatə edir. İqtisadi rayonun əhatəsində olan və 30 ilə yaxın erməni əsarəti altında qalan Zəngilan rayonunda da həyat öz axarına qayıdır. Rəşadətli Azərbaycan Ordusunun şücaəti nəticəsində azadlığa qovuşan Zəngilan yaxın gələcəkdə öz qüdrətini bərpa edəcək.