MƏDƏNİYYƏT


“Əl Cəzirə” telekanalı Qarabağda dağıdılmış tarixi-mədəni irs haqqında reportaj yayımlayıb

Nüfuzlu “Əl Cəzirə” telekanalı ermənilərin Qarabağda məhv etdikləri Azərbaycan xalqına məxsus tarixi-mədəni irs abidələri haqqında reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, reportajda tədqiqatçı Bayram Niftəliyev 30 ilə yaxın işğal dövründə ermənilərin tarixi mədəniyyət abidələrini, muzeyləri, təhsil müəssisələrini, kitabxanaları, qəbiristanlıqları, məscidləri, alban və rus ortodoks kilsələrini məhv etdiklərini söyləyib. Tarixçi Şaiq Aslanov isə telekanala müsahibəsində qeyd edib ki, müharibə təkcə dinc insanları və hərbçilərin həlak olması kimi fəlakətlər gətirməyib, həmçinin tarixi-mədəni irs abidələrinin də dağıdılmasına da səbəb olub.