İQTİSADİYYAT


Toğanalı-Kəlbəcər avtomobil yolundan ilboyu fasiləsiz istifadə üçün tunel çəkiləcək

Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “55 № li Yol İstismarı” MMC tərəfindən Göygöl rayonundakı Toğanalı kəndindən, Murov dağındakı Ömər aşırımdan keçməklə Kəlbəcər rayonuna gedən yola xidmət göstərmək üçün Kəlbəcərin Çəpli kəndində xüsusi mexanikləşdirilmiş yol sahəsi təşkil edilib və onun maddi-texniki bazası yeni maşın-mexanizmlər hesabına möhkəmləndirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov avqustun 6-da keçirilən 2021-ci ilin altı ayı ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə deyib.