İQTİSADİYYAT


Pakistandan gətirilən pambıq sortlarından yüksək nəticə əldə olunub

Azərbaycanda nüvə enerjisi tətbiq olunan pambıq toxumlarının əkinindən yüksək nəticə əldə edilib. Mütəxəssislər Beyləqan rayonunda yerləşən Mil-Təcrübə Stansiyasında sınaqdan çıxarılan 7 növ mutant toxumun çıxışına baxış keçiriblər. Gələcəkdə bu toxumların daha geniş sahədə əkilib-becərilməsi planlaşdırılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun nəzdində olan Beyləqan Mil-Təcrübə Stansiyasında yeni sınaq layihəsi gerçəkləşdirilib. Məqsəd nüvə enerjisi və digər üsullardan istifadə etməklə pambıqçılığın inkişafıdır.