CƏMİYYƏT


FHN-in yanğın-xilasetmə qüvvələri Türkiyədə meşə yanğınlarının söndürülməsi əməliyyatlarını davam etdirirlər

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınları ilə mübarizə məqsədilə qardaş Türkiyəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını davam etdirirlər.FHN-dən AZƏRTAC-a bildirilib ki, avqustun 5-dən Türkiyəyə yola salınmış və tərkibinə 40 ədəd yanğınsöndürmə texnikası və 160 nəfər şəxsi heyət daxil olan qrup da artıq yanğınların söndürülməsi əməliyyatlarına qoşulub.