Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlı gənc fleytaçının Parisdə xeyriyyə konserti olub

09.08.2021 [14:09]

Xəbərin mətni

Parisin Müqəddəs Merri kilsəsində istedadlı azərbaycanlı fleytaçı Ağarəhim Quliyevin xeyriyyə konserti olub.
AZƏRTAC xəbər verir ki, konsertdə 150-dən çox musiqisevər iştirak edib.
Azərbaycanlı gənc ifaçını konsertdə braziliyalı fleytaçı Eduardo Rosa və ingilis pianoçu Julyan Miles müşayiət edib. Konsertdə müxtəlif kamera musiqi parçaları səsləndirilib.