İDMAN


Azərbaycan Milli Karate Federasiyasının prezidenti: Rafael Ağayev canlı əfsanədir

Bizim karateçilərimiz bir nömrədir. Rafael Ağayev isə canlı əfsanədir. Bütün dünya bilir ki, 2008-ci ildə Rəfael Ağayev Yaponiyada həmin zalda iki qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, bunu Tokio Olimpiadasında uğurla çıxış edən karateçilərimizin avqustun 9-da Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov jurnalistlərə müsahibəsində deyib.